Əgər sizin uşaqda hər hansı şikayət yoxdursa belə, onu 1 yaşında müayinədən keçirin. Çünki bu müayinə tənbəl göz sindromundan uşağı qoruyacaq.
Uzun saat kompyuter oyunları oynayan və kompyuter arxasında uzun müddət calışan insanlar, allergiya, quruluq, kirpik diblərinin iltihabı ilə rastlaşa bilər. Bu, uzaq görmə qüsurlarının əmələ gəlməsinə səbəb ola bilər. Mütəmadı istirahət və göz qırpmaq lazımdır.
Gözdə yaşarma, qaşınma, ağrı, oxumaqda çətinlik, yazıların bir birinə qarışıqlıgı, göz və baş ağrıları, başı əyri tutaraq oxumaq, gözu qıyaraq baxmaq və fokuslaşma problemləri göz xəstəliklərin simptomlarıdır.
İş mühitində yumşaq sarı işıqlandırmadan istifadə edin. Gözlərinizin istirahət etməsi üçün qaranlıq bir mühitdə yatın.
Kosmetika vasitələrinizi bölüşməyin. Göz iltihabı kimi tanınan konyunktivit göz kölgəsi, göz layneri və kirpik tuşu kimi vaistələrlə digər insanların kosmetikasından ötürülə bilər.
Xüsusilə rəngli gözləri olan insanlar günəş işığına daha həssas olurlar. Rəngli gözləri olan insanlarda tünd gözlülərə nisbətən qızartı daha tez-tez müşahidə edilir. Buna görə də, rəngli gözləri olan insanlar günəş eynəklərdən istifadə etməkləri vacibdir.
Günəş işığının çox güclü təsiri zamanla büllurun bulanmasına, kataraktaya və görmə həssaslığına gətirib çıxarır. Buna görə günəş eynəklərdən istifadə olunmalıdır.
Gözünüzə qəfil zərbə və ya yad cismin düşməsi zamanı gözlərinizi ovmayın. Bu halda gözünüzü fizioloji məhlulla, əgər yoxdursa bol su ilə yuyun və oftalmoloqa müraciət edin.
- Xəstəlik göz yaşları ilə ötürülür?
Başqalarının göz yaşlarını silməyin. Bu şəxsin gözlərində qızartı, həddindən artıq yaşarma və göz qapaqların şişkinliyi varsa, bu yoluxucu ola bilər. Təmas etdiyiniz zaman, əllərinizi sabunla yuyun.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al