365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

Presbiopiya nədir?

Presbiopia, 40 yaşından sonra insanlarda yaşla bağlıyaxın görmə problemidir.

Presbiopiyanın əlamətləri nədir?​

Presbiopiya xəstələri 50 sm-dən yaxın olan cisimləri görməkdə çətinlik çəkir, onları görmək üçün göz ilə obyekt arasında məsafəni artırır.

Presbiopiya necə müalicə olunur?

Dünyada bu problemi həll etmək üçün bir çox müalicə üsulları mövcuddur. Dünyada presbiopiyanın ən etibarlı müalicə üsulu sayılan göz daxili multifokal linzaların implantasiyası ilə əlaqədar cərrahiyyə əməliyyatları, habelə presbilazik və buynuz qişanın inlay (Kamra) əməliyyatları Dünyagöz Xəstəxanalarında uğurla keçirilir.​

BUYNUQ QİŞANIN İNLAY MÜAIİCƏSİ

Buynuz qişanın inlay (Kamra) müalicəsi, yaşla bağlı yaxın görmə probleminin müalicəsi üçün işlənib hazırlanmış bir çox oftalmoloqlar tərəfindən dəstəklənən etibarlı müalicə üsuludur. 

Bu üsul vasitəsi ilə gözün quruluşuna uyğun mikroimplant gözün ən ön təbəqəsinə, buynuz qişaya yerləşdirilir. Duz dənəcəyindən yüngül olan mikroimplant gözə çarpmır. 

Müalicə kursu

Kamra İnlay müalicə üsulunda əməliyyat başdan sona kimi damcı anesteziyası (göz damcıları) ilə aparılır. İFS ilə buynuz qişada qüsursuz bir qapaq yaradılır. Əgər xəstədə uzaq görmə problemi varsa, bu problemi əvvəlcədən lazer müalicəsi ilə həll edirlər.  Dərhal lazer müalicəsindən sonra, İFS lazer qurğusu ilə açılmış tunnel vasitəsi ilə Kamra implantı yerləşdirilir və əməliyyat başa çatır. Bütün əməliyyat zamanı xəstə ağrı duymur. Müalicə təxminən 10 dəqiqə çəkir. Müalicədən sonra tikiş və ya bandajlar qoyulmur.  Əməliyyatdan sonra xəstə 15 dəqiqə dincəlir, eva buraxılır və ertəsi gün gündəlik həyatına qayıdır.

Bu üsulla həm yaxın görmə, həm də uzaq görmə problemləri həll olunur.

Presbiopiyanın digər müalicə üsullarından fərqli olaraq, Kamra İnlay müalicəsi yaxın görməyə mənfi təsir etmir, uzaq görmə problemlərini eyni əməliyyat zamanı korrektə edir.

MULTİFOKAL GÖZ DAXİLİ LİNZALAR İLƏ MÜALİCƏ

GÖZDAXİLİ LİNZALAR

Bu müalicə üsulunda gözün təbii bülluru alınır, onun yerinə süni multifokal linza köçürülür. Bu linzalalrın tərkibində bir neçə halqa var. Bəzi halqalar üzaq görməyə, bəziləri isə yaxın görməyə kömək edir. Beləliklə istər uzaqda, istərsə də yaxında yerləşən əşyalar gözün sarı nöqtəsinə aydın düşür, görmə itiliyini təmin edir. Xəstələr bu linzalara tez alışır, uzaq və yaxın görmə eynəklərdən əl çəkirlər.

Bu müalicədə xəstənin seçimi çox vacibdir. Burada, uzaq və ya yaxın görmənin xəstəyə daha vacib olduğunu diqqətlə nəzərə alınmalıdır. Xəstənin seçimində daha bir vacib məqam göz bəbəyinin ölçüsüdür. Bu müalicənin daha bir üstün cəhəti ondan ibarətdir ki, onun köməyi ilə katarakt əməliyyatına ehtiyac duyanlara katarktı çıxartmaqla, eyni vaxtda yaxın və ya uzaq görmə problemlərini həll etməklə çox sadə bir yol açılır.

PRESBİOPİYA LAZER MÜALİCƏSİ

Yaxın görmə problemini həll edən daha bir üsul lazer müalicəsidir. Yaxın görmə qüsurlarını Prebilazik adlı lazer üsulu ilə aradan götürmək olar. Yaxın görmə lazer müalicəsini almaq üçün, gözünüzün quruluşu münasib olmalı, bu isə bir sıra öncə aparılan müayinələr ilə müəyyən olunmalıdır.

SÜRƏTLİ GÖRÜŞ