365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

TOR QİŞASI HAQQINDA

Gözün tor qişası göz almasının arxa divarını örtən, işığa qarşı həsass hüceyrələrdən ibarət təbəqədir. Tor qişa xəstəlikləri bizim görmə qabiliyyətimizi təhlükə altına salır.

Tor qişa xəstəliklərin əlamətləri

  • Görmənin qəfildən və ya tədricən itməsi
  • Görmə pozğunluqları
  • Göz önü işıq saçmalar
  • Göz önündə uçan cismlər
  • Göz önündə pərdələnmə
  • Müvəqqəti, qısa müddətli görmə qabilyyətinin itməsi
  • Görmə sahəsində qaranlıq sahələr

Diabet və yüksək təzyiqin tor qişaya mənfi təsiri

Diabet və yüksək təzyiq bütün orqanizm sisteminə mənfi təsir göstərir, lakin bu xəstəliklərin ilk və ən mühüm mənfi təsiri gözlərə dəyir. Bu xəstəliklərin təsiri nəticəsində tor qişanın damarları genişlənir, bu damarların keçiriciliyi zədələnir.

Dünyagöz Xəstəxanalarında tor qişa xəstəliklərinin müalicəsi

Tor qişa xəstəliklərinin müalicəsində erkən diaqnoz, profilaktik tibbi terapiya və təxirəsalınmaz dəqiq cərrahi müdaxilə böyük əhəmiyyət kəsb edir.

DİABETİK RETİNOPATİYA

Şəkər xəstəliyi ilə bağlı korluğun ən çox rast gəlinən səbəbi "Diabetik Retinopatiy" xəstəliyidir.

Şəkər xəstəliyi gözün sinir təbəqəsinə (tor qişasına), bu təbəqədə yerləşən kapilyar damarlara təsir göstərir, onların fəaliyyətini pozur, görmə qabiliyyətinin itirilməsinə yol açır. Şəkər xəstəliyi ilə bağlı gözün tor qişasının patoloji pozğunluqlarına diabetik retinopatiya deyilir.

Diabetik retinopatiyanln səbəbləri

Diabetik retinopatiyanın meydana gəlməsində rol oynayan risk amillərindən birincisi şəkər xəstəliyinin müddəti dayanır. Əgər şəkər xəstəliyi 10 ildən çox davam edərsə, retinopatiya xəstəliyinə dücar plmaq ehtimalı artmış olur. 1 tipli, yəni insulinlə bağlı şəkərdən əziyyət çəkən gənc xəstələrdə yeniyetməlik çağından sonra retinopatiya halları yaş ilə bağlı artmaqdadır. 

Qanda şəkər səviyyəsinə nəzarət etmək vacib amildir. Şəkərin qanda qeyri-sabit səviyyəsi, şəkərin ani olaraq qalxması və ya düşməsi gözün tor qişasına mənfi təsir göstərir, xəstəliyin irəliləməsinə yol açır. Retinopatiyaya təkan verən amillərin arasında hamiləliyin, yüksək təzyiqin, qanda yağların yüksək səviyyəsinin (hiperlipidemiya), böyrək xəstəliklərinin adını çəkmək olar.

Diabet tor qişanın kapilyar damarlarının fəaliyyətini pozur, hüceyrələrin yox olmasına şərait yaradır, damarların keçiricilik qabiliyyətini dağıdır, makular sahədə maye və yağlı maddələrin saxlanmasına təkan verir, və bununla belə kapilyarların tıxanılmasına, qan dövrü olmayan sahələrin yaranmasına şərait yaradır. Tor qişada yeni kortəbii qan sızan damarlar əmələ gəlir.  Gözün tor qişasının önündə və daxilində baş verən qan sızmaları gözün arxa boşluğuna axa bilər. Tor qişada damar membranları yaranır, bu isə ağır görmə itkisinə, ağrılı göz təzyiqinə gətirib çıxarır.

MAKULA DEGENERASİYASI (SARI NÖQTƏ XƏSTƏLİYİ)

Sarı nöqtə xəstəliyi (makula degenerasiyası), mərkəzi görməyə təsir göstərən gözün tor qişasının

xəstəliyidir. Bu xəstəliyə 55 yaşdan yuxarı olan insanlarda rast gəlinir, xəstəliyin inkişafı görmə qabiliyyətinin itməsi ilə nəticələnə bilər.

Sarı nöqtə xəstəliyi kimə təsir göstərir?

  • 55 yaşından yuxarı insanlara
  • İrsi risk daşıyanlara
  • Siqaret çəkənlərə

Risk amilləri

Yaşla bağlı sarı nöqtə xəstəliyin əsas risk amilləri xəstənin yaşı və irsi göztəriciləridir. Bu xəstəliyin digər risk amilləri yüksək təzyiq, sigaret çəkmə, qidalanma, yüksək lipid və xolesterol səviyyəsi, gün işığı təsirinə uzun müddət məruz qalma, artıq çəki amilləridir.

Xəstəliyin əlamətləri

  • Görmə qabiliyyətinin itməsi
  • Cism və cizgiləri əyri və ya qırıq görmə
  • Göz önündə kölgə
  • Görmə keyfiyyətinin pozulması
  • Rəng görmə problemləri

Sarı nöqtə xəstəliyin neçə növü var və nəticələri nədir?

Sarı nöqtə xəstəliyin iki növü var, quru və yaş növü. Quru növ bütün halların 90%-nı, yaş növ isə 10%-nı təşkil edir. Görmə qabiliyyətinin itməsi ilə əlaqədar yaş növ xəstəliyin erkən diaqnozu çox vacibdir. İrəliləməkdə quru növ xəstəlikdən daha sürətli olan yaş növ xəstəliyi rəng görmənin pozulması və kontrast həssaslığının itməsi ilə bərabər ani görmə qabiliyyətinin itməsinə və tor qişada və makulada vaxt getdikcə yaranan yeni damarların qan sızması səbəbi ilə korluğa gətirib çıxarır.

Sarı nöqtə xəstəliyinin müalicəsi

Sarı nöqtə xəstəliyinin quru növünün profilaktik müalicəsi mümkündür. Profilaktik terapiyada antioksidant A, C və E vitaminlərindən, luteindən və sinkdən istifade olunur. 

Yaş növ xəstəliyin müalicəsində göz daxili inyeksiyalar əsas və effektiv terapiya vasitələrindəndir. Xəstələrin kiçik faiz nisbəti həmçinin fotodinamik müalicəsini qəbul edir. Göz daxili inyeksiyalar gözün göz damcılarla keyitməsi ilə aparılır. Əməliyyat zamanı xəstə ağrı hiss etmir. 

Əgər xəstəlik müalicə olunmasa, o, 95% görmə qabiliyyətinin itməsinə, sonda isə görmənin tam itməsinə gətirib çıxarır.

Sarı nöqtə xəstəliyində AmslerQrid yoxlaması

Bu yoxlama ənənəvi göz müayinəsi ilə eyni deyil. Lakin bu yoxlamada istifadə olunan diaqramın köməyi ilə siz sarı nöqtə xəstəliyinin erkən əlamətlərini özünüzdə aşkar edə bilərsiniz. Ekspertlər, 40 yaşından yuxarı hər kəsin bu testi keçməsini tövsiyə edir.

DİAQRAM

AmslerGrid Testinin tətbiq üsulu

  • Taxdığınız eynək və ya kontakt linzaları taxın.
  • Yaxşı işıqlandırılmış otaqda diaqramı üzünüzdən 30-40 sm məsafədə saxlayın.
  • Əl ilə bir gözünüzü örtüb o biri gözlə ortada olan nöqtəyə baxın. Siz diaqramda olan böyük kvadratın 4 bucağını görməlisiniz.
  • O biri gözlə həmin testi keçin.

Əgər gördüyünüz xəttlər əyridir, qırıqdır, və ya siz bucaqları görə bilmirsizsə, deməli sizdə sarı nöqtə xəstəliyin əlamətləri mövcuddur.

Belə halda siz dərhal tor qişa xəstəliklərində ixtisaslaşmış oftalmoloqa müraciət etməlisiniz.

TORLU QİŞANIN AYRILMASI

Torlu qişa, üzərində yarıq və dəliklərin əmələ gəlməsi ilə ayrılır. Bu hal yüksək miopiyadan əziyyət çəkən xəstələrdə daha çox rast gəlinir. Hər bir yaşa təsadüf edir, lakin orta və daha yaşlı insanlarda daha tez baş verir.

Torlu qişa ayrılmasının səbəb və əlamətləri

Müalicə olunmadığı halda, torlu qişa xəstəliyi korluq ilə nəticələnə bilər. Göz önündə gözqamaşdırıcı işığın saçması, uçan cismlərin görünməsi, görmə qabiliyyətinin qəfildən itməsi kimi əlamətlər torlu qişanın ayrılması haqqında xəbər verir. Görmə qabiliyyətinin itməsinə aparan nəticələrin qarşısını almaq üçün, xəstəyə erkən diaqnoz qoymaq, onu ətraflı müayinə etmək, vaxtında və, ən vacib, düzgün müalicə etmək lazımdır. Göz toru üzərində aparılan əməliyyatlar yüksək steril şəraitdə, ən müasir texnoloji üsullarla aparılamalıdır. Əks halda, əməliyyat görmə qabiliyyətinin itməsi ilə nəticələnir.

Makula (gözün görmə mərkəzi) altındakı toxumadan ayrılarsa, insan mərkəzi görmə qabiliyyətini itirir. Uzun müddətli ayrılma nəticəsində göz daxili tarazlıq pozulur, göz alması kiçilməyə başlayır. Gözə vurulan ani, ağır və şiddətli zərbələr torlu qişanın ayrılmasına səbəb ola bilər. Şəkər və bəzi sürətlə inkişaf edən xəstəliklər zamanı gözün şüşəvari cismində tor qişanı dartan bantlar əmələ gəlir, tor qişanın ayrılmasına səbəb ola bilir. Nadir hallarda olsa da, ayrilmalar, bəzi infeksiya, şiş və hamiləlik dövründə ortaya çıxan yüksək təzyiq krizlər zamanı gözdə heç bir yarıq olmadığı belə halda yaranır.

SÜRƏTLİ GÖRÜŞ