365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

NEYROOFTALMOLOGİYA HAQQINDA

İnsanın var olduğu tarixdən bəri insanı daima müşayiət edən baş ağrısı, bu gün 80%-dan çox insanlar tərəfindən səslənən ən çox rast gəlinən tibbi şikayətdir. Baş ağrısının səbəblərindən biri göz ilə bağlı problemlərdir. Baş ağrısından şikayət edən xəstələr tez-tez başqa həkimin göstərişi ilə oftalmoloqa baş çəkir. Neyrooftalmologiya, göz xəstəlikləri ilə bağlı baş ağrılarını, görmə və sinir sisteminin ortaq pozğunluqlarını müalicə edən elm sahəsidir.

Bir cismi görə bilmək üçün, bu cismin təsvirini əvvəlcə göz, sonra isə, beyinin arxa hissəsində yerləşən görmə sahəsi qavramalıdır. Əgər görmə yollarında bir problem yaranarsa, görmə qabiliyyətinin qəfil və ya sürətli itkisi baş verə bilər. Göz hərəkəti ilə bağlı xəstəliklərdə, ikili görmə əsas əlamətdir, problem göz əzələləri, sinirlər və ya beyinin  idarəetmə mərkəzləri ilə bağlı ola bilər. Müvəqqəti görmə, ikili görmə, gözəgörünmə, yuxarı göz qapağının pitozu, göz bəbəyinin ölçülərində fərq kimi xəstəliklərdən əziyyət çəkən insanlar neyrooftalmologiya sahəsində çalışan mütəxəssislərə baş çəkməlidirlər. Baş və göz ağrılarının dəqiq müayinəsi üçün xəstə tarixçəsinin olması çox vacibdir. Müalicənin uğurlu gedişatı həkim və xəstə arasında əməkdaşlıqdan və davamlı müşahidələrdən asılıdır.

OPTİK NEVRİT (GÖZ SİNİRİ İLTİHABI)

Göz siniri iltihabı (optik nevrit) ən çox 18-45 yaş arası daha çox qadınlar arasında yayılan, birtərəfli ağrılı görmə itkisi ilə müşayiət olunan  göz xəstəliyidir. Özünü pozulmuş immun sistemi nəticəsində tutma şəklində büruzə verir. Gözün rəng qavrayışı, rənglərin parlaqlığı azalır. Təxminən 1/3 xəstələrdə göz siniri qarşısında şiş yaranır. Bir çox halda beyinə yaxın sinirin (arxa) hissələrində gecikmə baş verir.

Müayinə mərhələsində klinikamızda, VEP-dən (Çağrılmış görmə potensialı) və OKT-dən (Optik Koherent Tomoqrafiya Skaneri) istifadə olunur, sinir lifləri təbəqəsinin görünüşü və kompyuter görmə sahəsi yoxlanılır.

Keçirilən testlər:

  • ELEKTROFİZİOLOGİYA
  • FFA (Göz angioqrafiyası)
  • OCT (Optik sinir skanlama)
  • VEP (Beyin və göz arasında görmə traktları)

MS (MULTİPL SKLEROZ XƏSTƏLİYİ) VƏ GÖZ

Göz siniri iltihabı (optik nevrit) ən çox 18-45 yaş arası daha çox qadınlar arasında yayılan, birtərəfli ağrılı görmə itkisi ilə müşayiət olunan  göz xəstəliyidir. Özünü pozulmuş immun sistemi nəticəsində tutma şəklində büruzə verir. Gözün rəng qavrayışı, rənglərin parlaqlığı azalır. Təxminən 1/3 pasiyentlərdə göz sinirin qarşısında şiş yaranır. Bir çox halda beyinə yaxın sinirin (arxa) hissələrində gecikmə baş verir.

Müayinə mərhələsində klinikamızda, VEP-dən (Çağrılmış görmə potensialı) və OKT-dən (Optik Koherent Tomoqrafiya Skaneri) istifadə olunur, sinir liflərinin təbəqəsinin görünüşü və kompyuter görmə sahəsi yoxlanılır. Baş beyin ocaqlı zədələrini beyin MRT-si ilə tədqiq edilir. Ocaqların (nöqtələrin) sayı və forması MS təhlükəsinin aşkarlanmasında vacibdir. MS, tutmalar ilə sürətlə artan xronik beyin xəstəliyidir.

Optik nevritin müalicəsi üçün tətbiq edilən müasir yanaşmalar, yüksək MS təhlükəsi zamanı yüksək dozalı kortizonun IV qəbulunu və interferondan istifadə etməyi nəzərdə tutur.

Optik nevritdən sonra xəstəliyin gedişatını OKT köməyi ilə mütəmadi keçirilən sinir lif təbəqəsinin təhlili ilə təyin etmək olur. Əgər OKT sinir lif təbəqəsi nazikləşirsə, deməli beyində blyaşkaların sayı artır. OKT və VEP test nəticələrinin tədqiqi bu xəstəlik haqqında çox vacib və faydalı məlumat verir.

Görmə sinirin digər xəstəlikləri

  • İnfarkt (göz daxili inyeksiyaların tətbiqi mümkündür)
  • Zəhərlilik (etambutol və metil spirtindən zəhərlənmə halları ən geniş yayılmışdır; əgər xəstəni dərhal həkimin yanına gətirərlərsə, müalicəsi mümkündür)
  • İrsi xəstəliklər (Leber optik nevropatiya üçün yeni dərman işlənib hazırlanmışdır)
  • Travmatik xəstəliklər (xəstəni erkən mərhələlərdə həkimə göstərilməsi vacibdir)

ALSHEYMER VƏ PARKİNSON XƏSTƏLİKLƏRİ

Bu gün beyin xəstəlikləri hesab edilən Alzheimer və Parkinson xəstəlikləri, göz xəstəlikləri hesab edilən qlaukoma və makulyar degenerasiya (sarı ləkə xəstəliyi) xəstəlikləri, sinir toxumalarında sürətlə artan (neyrodegenerativ) pozğunluqlardır. Bu sahələrin ümumi göstəriciləri üzrə araşdırmalar aparılmış, vacib məlumat əldə edilmişdir. Qlaukoma və sarı ləkə xəstəliklərin diaqnozu üçün OKT müayinəsi indi Alsheymer və Parkinson xəstəliklərin müalicəsində istifadə olunur. OKT köməyi ilə gözün ətraflı müayinəsində (qlaukoma, sarı ləkə və s. xəstəlik hallarında) müayinə nəticələri əldə olunur, Alzheimer-Parkinson xəstəlikləri və şüurun yüngül pozulma hallarında kimi şəraitdə çox spesifik nəticələrə gəlib çıxmaq olur. Bu nəticələr, retina göz bəbəyinin daxili qişasının oroptik sinir liflərinin xüsusi nahiyələrinin zədələnməsi və nazikləşməsi ilə xarakterizə olunur. Sinir liflərinin itkisi Alzeimer və Parkinson xəstəliklərinin erkən müayinəsində mühümdür. 

SÜRƏTLİ GÖRÜŞ