365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

REFRAKTİV CƏRRAHİYYƏ HAQQINDA

Yaxın görmə, uzaq görmə və astiqmatizmin müalicəsində istifadə olunan və refraktiv cərrahiyyədə tətbiq edilən ən yayılmış üsul LAZER üsuludur. Lazer əməliyyatına yararlı olmayan gözlər üçün fərdi göz daxili linzanın əvəz olunması ilə bağlı əməliyyatlar aparılır. Bu cərrahi əməliyyatlar sayəsində siz eynəklərdən imtina etmək imkanını qazanırsınız.

Kimlər üzərində lazer əməliyyatı aparıla bilər? 

  • 18 yaşından yuxarı, eynək və ya kontakt linzaları taxan kəslər,
  • Son 1 ildə dioptriya ədədi 0,50 çox dəyişilməyən kəslər,
  • -10 dioptriyaya qədər miopiyadan əziyyət çəkənlər,
  • -6 dioptriyaya qədər astiqmatizimdən, +4 dioptriyaya qədər hiperopiyadan əziyyət çəkənlər,
  • Buynuz qişa toxumasının qalınlığı yetərli olanlar,
  • Diabet və revmatizm kimi sistem xəstəliklərindən əziyyət çəkməyənlər,
  • Digər göz xəstəliklərindən (buynuz qişanın qabarılması, göz təzyiqi və s.) əziyyət çəkməyənlər,
  • Əməliyyat qabağı müayinə və proseduralar əsasında əməliyyata yararlı bilinən kəslər üzərində lazer əməliyyatı aparıla bilər.

Dünyagöz Xəstəxanalarında lazer müalicəsi

LASIK üsulu, buynuz qişanın üst səthinin nazik təbəqənsinin kəsilməsi, qapaqcığın açılması ve ortaya çıxan buynuz qişanın səthində "eksimer lazer" ile göz dərəcələrinin korreksiyası prinsipinə arxalanır. Dünyagöz Xəstəxanalar Qrupunda cərrahi əməliyyatları göz xəstəliklərinin lazer ilə müalicəsi sahəsində ixtisaslaşmış həkimlər aparır.

Dünyagöz Xəstəxanalar Qrupunda aparılan araşdırmalara görə lazer əməliyyatından keçmək istəyənlərin yalnız 50%-ı lazer müalicəsinə yararlı sayılır.

Dünyagöz Xəstəxanalarında LASIK əməliyyatları FDA (Amerikanın Ərzaq Malları və Dərman Vasitələrinin nəzarəti üzrə İdarə) tərəfindən təsdiq edilmiş lazer qurğuları ilə aparılır.

Yaxın görmə, uzaq görmə və astiqmatizm kimi refraktiv xətaların Eksimer Lazer ilə müalicəsi, məlum qayda və nəticələri ilə etibarlı üsul kimi tanınmışdır. 1980-cı illərin əvvəlindən bəri bu müalicəni milyonlar adamlar almış, sosial və peşəkar həyatlarında eynək və ya kontakt linzalardan istifadə etmənin məhdudiyyətlərindən azad olmuşlar. Bu üsulun ilk tətbiqindən etibarən 31,4 milyon insan dünyada ondan yararlanmışdır. Lazer müalicəsinin düz şəraitdə münasib xəstələrin üzərində aparılmasının uğurluluq dərəcəsi 98%-dır.

Üzərinizdə lazer əməliyyatı aparılan xəstəxanaya aid hansı amillərə fikir verməlisiniz?

  • Müəsissənin texnoloji və higiyenik infrastrukturu.
  • Həkimin lazer əməliyyatında təcrübəsi və biliyi
  • Lazer müalicəsi və testləri üçün tam texnoloji infrastrukturun olması
  • Bütün tibbi təchizatın, o cümlədən cərrahi xələtlərin, şprislərin, əməliyyat zamanı istifadə olunan dərman vasitələrinin fərdi və birdəfəlik olması
  • Xidmətlərin göz ilə bağlı və ya digər sahələrdə göstərilməsindən asılı olmayaraq
SÜRƏTLİ GÖRÜŞ