365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

DİGƏR BUYNUZ QİŞANIN XƏSTƏLİKLƏRİ

​DİGƏR BUYNUZ QİŞANIN XƏSTƏLİKLƏRİ

Buynuz qişa, gözün ən ön hissəsində yerləşən, işığı fokus etmə və gözü xarici faktorlardan qorumaq vəzifəsini daşıyan, görmə funksiyasında ən böyük rola malik olan, gözün maili şəffaf təbəqəsidir.

Buynuz qişanın müayinə üsulları

Oftalmoloq olmayan insan, buynuz qişanın şəffaflığını, səthinin parlaqlığını, üzərində zədələri qiymətləndirmək üçün istiqamətləndirilmiş işıqdan, buynuz qişanın həssaslığını qiymətləndirmək üçün isə pambıq çubuqlarından istifadə edə bilər. Oftalmoloqlar isə buynuz qişanın morfologiyasını və funksiyasını qiymətləndirmək üçün bəzi qurğulardan istifadə edirlər.

Biomikroskopiya buynuz qişa və digər ön seqment strukturlarının binokulyar müayinəsində istifadə edilir. Müxtəlif bucaq altında müxtəlif qalınlığı olan işıq şüaları biomikroskopun böyütmə funksiyasına yardımçı olaraq buynuz qişanın tədqiqinə imkan yaradır. Bu, ən geniş yayılan mütəmadi istifadə olunan tədqiqat üsuludur.

Keratometriya buynuz qişanın refraksiya gücünü ölçür. Keratometriya kontakt linzaların və süni büllurun yerləşdirilməsindən qabaq aparılır.

Topoqrafiya buynuz qişa səthinin topoqrafik təhlilini aparır.

Paximetriya  buynuz qişanın qalınlığını ölçür.

Endotelioskopiya endotel hüceyrələrin sayını və quruluşunu göstərir.

Esteziometriya buynuz qişanın həssaslığını ölçür.

Buynuz qişanın boyalanması buynuz qişanın səthində qüsurları fluoressein və benqal çəhrayı boyalarında göstərir.

SÜRƏTLİ GÖRÜŞ