365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

KONTAKT LİNZALAR HAQQINDA

Bu gün bir çox insanlar estetik görünüşünə, etibarlılığına, sərbəstliyinə görə kontakt linzalara üstünlük verir. Rahatlığı və müxtəlifliyi sayəsində kontakt linzaların populyarlığı artmaqdadır.

Kontakt linzalar buynuz qişa üzərində yerləşdirilir. Linzalar, okulyar səthi örtən göz yaşı təbəqəsinə yapışaraq və müəyyən dərəcədə göz qapaqlarının təzyiqi altında öz yerini tutur.

  • Düzgün seçilmiş linza düz mərkəzdə yerləşir, buynuz qişanı örtür.
  • Göz yaşının dövr etməsini təmin etmək üçün linzalar asan hərəkət etməlidir. Puş-up test və göz qırpmasından sonra linzanı şaquli istiqamətdə 1 mm məsafəyə çəkmək mümkündür.
  • İstifadəçi aydın görür, özünü rahat hiss edir, linzaların olmasını hiss etmir.
  • Görmə göz qırpımından sonra dəyişilməməlidir.
  • Linza kənarı gözə təzyiq göstərməməlidir.
  • Yatan və ya üzən (hovuzda və ya dənizdə) zaman, linzaları çıxardın.
  • Əgər kontakt linzalaradan istifadə edərkən gözləriniz qızarır və ya gözlərinizdə yanğı hissi yaranırsa, linzaları dərhal çıxarmalı, həkimə müraciət etməlisiniz.

Kontakt linzaların üstünlükləri

  • Kontakt linzalar eynəklə müqayisədə daha geniş görmə dairəsini təmin edir.
  • Periferiya görmə qabiliyyətini məhdudlaşdıran çərçivələr yoxdur.
  • Baxışın bütün istiqamətlərində optik korreksiya göstəriciləri eynidir.
  • Dərinlik qavrayışı eynəklə müqayisədə daha yaxşıdır.
  • Kontak linzalar insana daha təbii görkəm verir.
  • Eynək taxmaqla əlaqədar nəmlik, dumanlama, burun və qulaq ilə bağlı diskomfort problemlərindən kontakt linzaları azaddır.
  • Hətta refraksiya xətaları olmayan insanlar (emmetropik insanlar) belə rəngli kontakt linzalardan (kosmetik süni göz bəbəyi) istifadə edib gözlərinin rəngini dəyişmək, daha cəlbedici görkəm əldə etmək imkanını qazanır.
  • Kontakt linzalar idman kimi dinamik hərəkətlər zamanı daha sərfəlidir.
  • Onlar idmançılar, qrim üzrə rəssamlar, fotoqrafçılar, əyləncə industriyasının peşəkarları, açıq havada çalışanlar, mikroskop, teleskop ilə bağlı işlər ilə məşğul olan insanlar üçün mükəmməl seçimdir.
SÜRƏTLİ GÖRÜŞ