365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

KATARAKT HAQQINDA

Katarakt, görmək qabiliyyətini bizə bəxş edən göz bəbəyinin arxasında yerləşən göz təbii mərcəyinin şəffaflığının itməsi və bulanıq olması ilə bağlı xəstəlikdir. Ayrı sözlə, bu xəstəlik nəticəsində insan öz ətrafını sankı duman içində görür.

Katarakt yaşlı insanlarda müşahidə olunan göz xəstəliyidir, lakin o habelə

  • yeni doğulmuş körpələrdə,
  • şəkər xəstəliyindən əziyyət çəkənlərdə,
  • göz nahiyəsində zədə alanlarda,
  • kortizon kimi dərman vasitələrindən uzun müddət istifadə edənlərdə müşahidə edilə bilər.

Katarkt xəstəliyinin əlamətləri;

  • görmənin gedərək zəifləməsi
  • işığa (parlaq işığa) olan həssaslıq
  • cüt görmə
  • mütaliə çətinliyi
  • gecə görməsinin zəifləməsi
  • solmuş, saralmış rənglər
  • dioptriya nömrəsindəki sürətli artımlar

Katarakt xəstəliyi eynək və dərman vasitələri ilə müalicə olunmur. Kataraktın sürətlə artmasının qarşısını ala bilən üsul mövcud deyil, yetişmiş kataraktdan qurtulmanın yeganə yolu yalnız cərrahi üsullardır. Müasir texnologiyalar sayəsində katarakt əməliyyatları ağrısız, iynəsiz və anesteziyasız keçirilir. Xəstə elə həmin gün evə buraxılır. Katarkt cərrahiyyəsində bir neçə diqqətə layiq məqamlar mövcuddur. Həkimin təcrübəsi, gözdə yerləşdirilən linzanın eyniliyi cərrahiyyə əməliyyatının uğurlu nəticələnməsinə bilavasitə təsir göstərir. Əməliyyatdan sonra keyfiyyətsiz göz linzalarından istifadə etmək gözdə yeni problemlər yarada bilər. Bu habelə qısa müddətdən sonra təkrar katarakt xəstəliyinə gətirib çıxara bilər. Xəstələr üçün bu, daha bir cərrahiyyə əməliyyat təhlükəsi və əlavə xərclərin çəkilməsi deməkdir.

Anadangəlmə katarakt

Anadangəlmə katarakt ananın hamilə dövründə keçirdiyi infeksiyalar, müalicə üçün qəbul etdiyi dərmanlar ilə əlaqədar və ya heç bir səbəblə bağlı olmayan halda yarana bilər. Görmək qabiliyyəti zəifdirsə, birtərəflidirsə, mütləq əməliyyat aparılmalıdır. Anadangəlmə kataraktın gözdə yaratdığı problem göz tənbəlliyidir (ambliopiyadır). Göz tənbəlliyinin qarşısını almaq üçün, həkim nəzarəti altında təcili əməliyyat aparılmaldıır.

Anadangəlmə katarakt körpənin göz büllurunun birtərəfli və ya ikitərəfli bulanması (dumanlanması) nəticəsində əmələ gəlir. Anadangəlmə kataraktlar ananın keçirdiyi infeksiya, hamiləlik dövründə qəbul etdiyi dərmanlar ilə bağlı, və ya heç bir əlaqəsi olmayan şəraitdə yarana bilər. Əgər anadangəlmə katarakt görmə qabiliyyətini zəiflədir, ələlxüsus əgər o birtərəflidirsə, müayinə edilən kimi mütləq əməliyyat aparılmalıdır. İxtisaslaşdırılmış oftalmoloq ətraflı müayinədən sonra bu əməliyyatın vaxtını təyin edir. 

SÜRƏTLİ GÖRÜŞ