365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

KEYFİYYƏT

  • Dünyada tanınmış JCI (Joint Commission International) Keyfiyyət Sertifikatı
  • ISO 9001 (TUV-SUD) Keyfiyyət Sertifikatı

JCI (Joint Commission International) Akkreditasiya Sertifikatı

Dünyagöz Xəstəxanalar Qrupu, öz xəstələrinə beynəlxalq aləmdə qəbul edilmiş səhiyyə keyfiyyəti standartları səviyyəsində xidmətlər ilə təmin etməsini təsdiq etmişdir. Bir nəticə olaraq Dünyagözə, xəstələrə qulluq göstərilməsində və idarəetmə sisteminin təşkilində əldə etdiyi yüksək keyfiyyət göstəricilərinə görə Amerika Sağlamlıq İnstitutunun Keyfiyyət Komissiyası JCI akkreditasiya sertifikatı vermişdir.

JCI (Joint Commission International) haqqında

Akkreditasiya, hər hansı bir səhiyyə müəssisəsinin əvvəlcədən müəyyən edilmiş və dərc olunmuş standartlara riayət etməsinin çox zaman qeyri-hökümət təşkilatı tərəfindən qiymətləndirilməsi və təsdiqlənməsinə yönəlmiş rəsmi prosesdir. JCI, dünyanın ən iri akkreditasiya təşkilatı, ABŞ-da 18000 yaxın səhiyyə müəssisələrinə akkreditasiya sertifikatları vermiş Səhiyyə Müəssisələrinin Akkreditasiyası üzrə Birgə Komissiyanın (JCAHO) beynəlxalq, qeyri-kommersiya bölməsidir.  Bu günə kimi JCI 18 ölkənin 72 xəstəxanasını akkreditə etmişdir.

2006-cı il iyul ayının 17-18-də Dünyagöz Xəstəxanalar Qrupunda JCI-in rəsmiləri audit keçirmiş, uğurlu nəticələr almış və Qrupa JCI akkreditasiya sertifikatı vermişdir.

Niyə məhz JCI-ın Akkreditasiya Standartları?

  • Səhiyyə xidmətləri üzrə keyfiyyət sistemi işlənib hazırlanmışdır.
  • Əsas diqqət xəstəyə olan xidmətin keyfiyyətinə və xəstənin təhlükəsizliyinə verilib.
  • Bu standartlar səhiyyə mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır.
  • Buraya məna kəsb edən və davamlı proseslər cəlb olunub.
  • Xidmət prosesləri elmi və hüquqi qaydalara əsaslanır.
  • Bu proseslər müşahidə etmək, ölçülmək, daima təkmilləşmək üçün açıqdır. 
  • Onlar bərabərlik prinsipinin bərqərar olmasına kömək edir.

    İşarəli Siyahı Xüsusiyyətləri

  • JCI, beynəlxalq xəstə təhlükəsizliyi göstəricilərinə hər il baxış keçirir, xəstə təhlükəsiziliyini, xəstəni mümkün olan təhlükələrdən qorunmasını təmin etmək üçün yeni hədəf göstəriciləri seçib təyin edir. O, hədəf göstəricilərini akkreditə etmiş səhiyyə müəssisələrinə göndərir, münasib praktiki qaydalara riayət olunmasını mütləq hesab edir.
  • JCI standartları xəstənin xəstəxanaya daxil olandan çıxanadək keçən müddəti, habelə sağalma müddətini əhatə edir.

ISO 9001 Keyfiyyətin İdarəetmə Sistemi

ISO 9001 Keyfiyyətin İdarəetmə Sistemi, müştərilərə etibarlı xidmət göstərilməsinin təmin olunması üzərində əsaslanır. Bu məqsədlə Keyfiyyətin İdaretmə Sistemi davamlı sürətdə xidmət bölmələrini yoxlayır, onların fəaliyyətində baş verən xətaları minimuma endirir.

O, habelə sistemin səmərəli şəkildə tətbiq edilməsi üçün təşkilatlar tərəfindən tələb olunan Keyfiyyətin İdarəetmə Sisteminin minimum şərtlərini təyin edir, müştəri məmnunluğunu təmin edir, davamlı təkmilləşmə proseslərini işləyib hazırlayır, səhv və xətaların qarşısını alır.

2007-ci ilin oktyabr ayında Dünyagöz Xəstəxanasında TUV-SUD tərəfindən aparılmış ISO 9001 Keyfiyyətin İdarəetmə Sistemi üzrə auditin uğurlu nəticələnməsi sayəsində Qrup, TUV-SUD tərəfindən ISO 9001 Keyfiyyətin İdarəetmə Sistemi sertifikatı ilə təltif edilmişdir.

SÜRƏTLİ GÖRÜŞ