365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

DÜNYAGÖZ XƏSTƏXANALAR QRUPU

Fəaliyyətə 1996-cı ildə başlamış Dünyagöz Xəstəxanalar Qrupu okulyar və periokulyar problemlərinin əsaslı dərəcədə həllinə səylərini yönəltmiş, ən müasir texnologiyaların köməyi ilə göz ilə bağlı bütün istiqamətlərdə yüzlərlə müalicə üsullarını gündə 24 saat olmaqla 365 gün tətbiq etmişdir. Türkiyədə sahə xəstəxana xidmətlərinin yeni erasına qədəm basmış Dünyagöz Xəstəxanalar Qrupu bu gün artıq Türkiyədə və onun hüdudlarından kənar 23 səhiyyə mərkəzində tibbi xidmətlər göstərir.

Dünyagöz Xəstəxanası, daima yenilənən mükəmməl texnologiyası, mühazirəçi və mütəxəssislərdən ibarət 200 nəfər təcrübəli tibbi işçi heyəti, 2000 yaxın işçiləri və idarəetmə elmini müasir səviyyədə dərk edilməsi ilə dünyanın bir neçə müstəsna tibb mərkəzləri arasında qısa bir zamanda layiqli yerini tutmuşdur.

Dünyagöz Xəstəxanalar Qrupu Türkiyə səviyyəsində İstanbul, Ankara, Antalya, İzmit, Adana, Samsun, Tekirdağ, Bursa, Konya, Sakarya və Qaziantepdə olmaqla 11 ayrı bölgədə 20 şöbə və xaricdə Almaniyanın Frankfurt və Köln, Gürcüstanın Tbilisi, Azərbaycanın Bakı və Hollandiyanın Amsterdam şəhərlərində olmaq üzrə 5 ayrı nöqtədə xidmət verən Dünyagöz Xəstəxanalar Qrupu, Türkiyənin Avropadakı ilk və ən böyük sərmayəsini Almaniyanın Frankfurt şəhərində reallaşdırdı. İnvestisiyalarını eyni sürətlə davam etdirib, 2017-ci ildə İzmirdəki yeni mərkəz ilə birlikdə daha geniş bir coğrafiyaya yayılmağı hədəfləyən Dünyagöz, Türkiyədə səhiyyə turizminin liderliyini boynuna götürərək dünyanın 107 ayrı xarici ölkəsindən ildə təxminən 96 min xəstəyə xidmət verir.

MİSSİYAMIZ

Missiyamız, cəmiyyətin bütün təbəqələrinə ən yüksək standartlar səviyyəsində oftalmoloji xidmətlərin göstərilməsi üçün dərin biliyə malik mütəxəssislərdən ibarət işçi heyətin köməyi ilə ölkə daxili və xarici xəstəxanalarda dünyada qəbul edilmiş ən son texnologiyalardan yararlanmaq, cari müayinə və müalicə üsullarını tətbiq etməkdir.

STRATEJİ BAXIŞIMIZ

Strateji baxışımız, Türkiyədə və xaricdə keyfiyyət standartlarımızın səviyyəsini davamlı surətdə yüksəltmək ilə oftalmologiyada biliyimizin artmasına, bizə müraciət edənləri məmnun edən keyfiyyətimizin yüksəlməsinə, nüfuzumuzun möhkəmləndirilməsinə, elmi-tədqiqat işlərimiz ilə dünyanın nüfuz və istinad mərkəzinə çevrilməsinə yönəlibdir.

DƏYƏRLƏRİMİZ

Ehtiram:Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən xəstələrimizin hamısına ehtiramla yanaşmaq, onlara eyni standartlar səviyyəsində xidmətlər göstərmək.

Həssaslıq:Ən yüksək səviyyədə xidmət göstərərək xəstələri, qohumlarını və qayğısında duranları həssaslıq və şəfqət ilə müalicə etmək.

Etimad:Peşəkarlıq, etika və fərdi məsuliyyətin tələb etdiyi yüksək standartlara riayət etməklə xəstələrin bizə göstərdiyi etimada daima layiq olmaq.

Komanda fəaliyyəti:Bütün işçilərin təşkilata verdiyi töfhələri və yaratdığı dəyərləri layiqincə qiymətləndirmək.

Mükəmməllik:Bütöv komandanın vicdanlı xidməti və verdiyi töhfə ilə yüksək keyfiyyətli xidmətləri göstərməklə ən yüksək nailiyyətlərə çatmaq.

İnnovasiya:Komandamızın yaradıcı ideyalarından və səriştələrindən maksimum dərəcədə yararlanaraq, innovativ üsullardan daima istifadə edərək, təşkilatımızın xidmətindən faydalanan bütün kəslərin rifahlarını yaxşılaşdırmaq.

SÜRƏTLİ GÖRÜŞ