365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

AMBLİOPİYA HAQQINDA

Ambliopiya (göz təmbəlliyi), gözdə və ya göz sinirində heç bir quruluş pozğunluqlarının olmamasına baxmayaraq, bir gözün o biri gözə nisbətən və ya hər iki gözdə görmə qabiliyyətinin normal hədlərdən daha aşağı düşməsi ilə əlaqədar göz xəstəliyidir.

Ambliopiyanın səbəbləri

  • Refraksiya xətaları: Bir gözdə o biri gözə nisbətən daha yüksək və ya iki gözdə yüksək refraksiya xətası
  • Çəpgözlük: Bir gözün yöndən yayınması
  • Digər göz xəstəlikləri: Katarakt, buynuz qişanın bulanıqlığı, görməyə maneə törədən göz almasını örtən göz qapağının düşməsi

AMBLİOPİYANIN MÜALİCƏS

Ambliopiyanın erkən mərhələlərdə müayinəsi onun müalicəsini kifayət qədər asanlaşdırır. Həkim lazım bilsə, bir cüt eynək yazır. Tənbəl gözü işləməyə məcbur etmək üçün, sağlam gözü müəyyən bir müddətə qapadırlar. Ambliopiyanın müalicəsində cərrahi üsullardan istifadə edilmir. Xəstəxanamızın vizual terapiya mərkəzində xəstələr ortoptik adlanan göz üçün fiziki çalışmalardan yararlanır.

Qapatma üsulu

Qapatma üsulunun kökündə sağlam gözün qapadılması, zəif gözün işləməyə məcbur olunması prinsipi dayanır. Gözün qapatma müddəti xəstənin yaşından, ambliopiyanın səviyyəsindən asılıdır. Sözsüz ki, xəstə nə qədər cavan olsa, gözün qapatma və müalicə müddəti bir o qədər qısa olur.

Ortoptik müalicə üsulu

Müəyyən mənada gözlərin fiziki terapiyası hesab edilən ortoptik müalicə üsulu xəstəxana şəraitində aparılır. Xəstəxanamızda ortoptik müalicəni vizual terapiya mərkəzində almaq olar. Ortoptik müalicə zamanı qapatmadan başqa gözü işləməyə məcbur edən fiziki çalışmalardan istifadə edilir. Belə çalışmalar sırasına CAM müalicəsi də daxildir. Məşqələlər orta hesabla 40 dəqiqə davam edir.

Kompyurer proqramları

Ümumiyyətlə, bu proqramlar 4,5-5 yaşdan yuxarı pasiyentlər üçün tətbiq oluna bilər. İnteraktiv proqramlar qapatma müalicə üsulunu dəstəkləyən 11 oyundan ibarətdir. Məqsəd, tənbəl gözün görmə qabiliyyətinin həcmini və keyfiyyətini artırmaqdır. Bu müalicəni ev şəraitində aparmaq olar, lakin xəstə ayda bir dəfə vizual müayinə üçün xəstəxanaya gəlməlidir. Proqram 150 sessiyadan ibarətdir. Proqramın tətbiq müddəti təxminən 5 aydır.

CAM müalicəsi

Bu üsul xəstəxana şəraitində təxminən 10 dəfəyə proqram şəklində xüsusi qurğunun köməyi ilə tətbiq edilir. Burada cərrahi müdaxilə, dərman vasitələrinin qəbul edilməsi tələb olunmur. Hər sessiyanın müddəti təxminən 30 dəqiqədir. Bu üsul öz effektliliyi ilə artıq özünü təsdiq etmişdir.​

AMBLİOPİYANIN MÜAYİNƏSİ

Amblyopiya valideyn tərəfindən müayinə edilə bilməz. Ələlxüsus refraksiya pozğunluqları səbəbindən gözün qaçması ilə müşahidə olunmayan ambliopiya halları valideyn tərəfindən aşkarlanması mümkün deyil. Bunu, gözün ətraflı müayinəsi nəticəsində yalnız həkim müəyyən edə bilir.

Amblyopiya bütün yaşlarda müşahidə oluna bilər

Gözün yoxlanılması yaşa baxmır. Şikayəti olan şəxs yaşından asılı olmayaraq müayinədən keçə bilər. Erkən mərhələlərdə müayinə olunan ambliopiyanın müalicəsi çox ehtimal ki, uğurla keçir. Bu səbəbdən heç bir problem yaşamayan 1-3 yaşlı körpə və uşaqlar bir dəfə də olsa göz müayinəsindən keçməlidirlər.

SÜRƏTLİ GÖRÜŞ