365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

QLAUKOMA HAQQINDA

Xalq arasında "Yüksək göz təzyiqi" kimi tanınan qlaukoma xəstəliyi, yüksək göz daxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bu xəstəlik nəticəsində xəstənin görmə sahəsi tədricən daralır. Özünü xəstəliyin ən son mərhələsində bildirən hiyləgər qlaukoma gec diaqnoz olunduqda göz sinirinə mühüm və bərpa olunmaz zədə vura bilər.

Qlaukoma nəyə təsir göstərir?

Qlaukoma riski, göz daxili təzyiqi normal səviyyədən yüksək olan insanlarda daha yüksəkdir. Lakin, bu o demək deyil ki, yüksək göz daxili təzyiqi olan hər kəs qlaukomanın daşıyıcsıdır.

Qlaukoma inkişaf riski, şəkər vəhipotireoz(ur) xəstəliklərindən əziyyət çəkənlərdə daha yüksəkdir.

Qlaukomanın səbəbləri

Göz təzyiqi, gözdə ifraz olunan və göz üçün lazım olan göz daxili mayenin çıxa bilməməsi nəticəsində yüksəlir. Yüksək göz daxili təzyiq göz sinir hüceyrələri zədələyir.

Qlaukomanın əlamətləri

  • Səhərlər özünü büruzə verən baş ağrıları
  • Zaman-zaman bulanıq görmə
  • Gecələr işıq ətrafı halqalalrın görünməsi
  • TV seyr edən zaman göz ətrafı ağrılar

Qlaukoma riskini yüksəldən amillər hansıdır?

  • Nəsildə qlaukoma xəstələrinin olması (genetik meyl)
  • 40 yaşından sonra
  • Şəkər xəstəliyi
  • Şiddətli anemiya və ya şok
  • Yüksək-alçaq arterial sistem təzyiqi 
  • Yüksək miopiya
  • Yüksək hiperopiya
  • Miqren
  • Üpun müddətli kortizon tərkibli preparatlarla müalicə
  • Göz zədələri
  • Etnik amillər

QLAUKOMA XƏSTƏLİYİNİN MÜALİCƏSİ

Qlaukoma xəstəliyinin müalicəsi üç üsulla aparılır.

Dərman terapiyası

İlkin olaraq, göz daxili maye ifrazatının məhdudlaşması və ya onun artan həcmlərdə xaric olunması nəticəsində xəstənin göz təzyiqi düşür. Bu iki nəticəyə əsasən dərman vasitələri vardır. Dərmanlardan mütəmadi, müəyyən edilmiş vaxt intervallarında ömürlük istifadə etmək lazımdır. Əgər dərman vasitələrinin qəbuluna baxmayaraq xəstənin göz təzyiqi düşmür, görmə sahəsi getdikcə daralırsa, bir qayda olaraq cərrahi əməliyyata müraciət olunur.

Cərrahi müalicə

Cərrahi əməliyyat zamanı gözün ağ divarında deşik açılır. Gözün daxilində olan maye qiraqdan gözə çarpmayan mikrodeşikdən xaric olunur. Cərrahi əməliyyatdan sonra göz daxili təzyiq adətən düşür. Lakin bu hal bütün xəstələrdə baş vermir.

Lazer müalicəsi

Qlaukoma müalicəsində lazer şüaları ilkin olaraq kəskin qlaukoma tutmaları zamanı, onların digər gözə keçməsinin qarşısını almaq məqsədi ilə istifadə edilir. İkincisi, lazer, torvari ifrazat kanallarına təsir göstərərk xronik qlaukoma hallarında su mayesinin boşalmasını asanlaşdırır. Qlaukomanın müalicəsində lazerin daha bir tətbiqi gözün rəngli hissəsini əhatə edən ağ nahiyəyə təsiridir. Məqsəd, bu hissənin daxilində maye yaradan sahəni məhv etmək, hasilatı azaltmaqdır.

SÜRƏTLİ GÖRÜŞ