365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

GÖZ İÇİ İLTİHAPLARI

Uveit Nədir? 

3 təbəqədən ibarət örtük göz almasının mərkəzində gelə bənzər maddəni əhatə edir. Orta təbəqənin adı "uvea"dır. Uveanın iltihabı "uveit" adlandırılır. Uveit, bütövlüklə gözdə uvea adlandırdığımız qüzehli qişa, selikli qişa və siliar cismi təbəqələrinin hansısa birinə və ya hamısına təsir göstərə bilər. 

Uvea oftalmoloqiyanın ayrıca sahəsi hesab edilir. Uvea ilə bağlı xəstəliklərin diaqnozu və müalicəsi getdikcə daha çox immunologiya (immunitet haqqında elm) və genetikanın inkişafına əsaslanır.

Uğurlu müalicənin ən vacib amillərindən erkən diaqnoz, həkim və xəstə arasında əməkdaşlıq, dəqiq terapiyanın adlarını çəkmək olar. Əksər hallarda bu şərtlər yerinə yetirilərsə, zədələnmiş gözü xilas etmək olur. 

Müalicə hətta bitsə belə, xəstə ən azı üç ayda bir dəfə müayinədən keçməlidir. Büruzə vermədən xəstəliyin təkrar qayıtması səbəbindən, həkimi mütəmadi ziyarət etmək yaddan çıxmamalıdır. Oftalmoloq digər orqanların hər hansı bir müxtəlif əlamətləri haqqında məlumatlı olmalıdır. Məsələn, ağız boşluğunda xoracıqlar, dəri üzərində ləkələr, revmatik əlamətlər və s. haqqında. 

Uveit çox mürəkkəb xəstəlikdir, bu xəstəliyin hər bir xəstədə inkişafı müxtəlif olur. Xəstəliyin inkişafı kimi onun müalicəsi də hər bir xəstə üçün eyni olmur.  Müalicə üçün dərmanların dozası uvea sahəsində ixtisaslaşmış həkimlər tərəfindən təyin edilir.

Uveit nəticəsində pozğunluqlar:

  • Behçet xəstəliyi
  • İnfeksiyalar (bakterial, virus, parazit və ya göbələk) digər sahələrdən gözlərə keçə bilər. Vərəm, sifilis, herpes, toksoplazmos və s.
  • Göz travmaları və cərrahi müdaxilələr
  • Autoimmun reaksiyalar (immun sisteminin xəstəlikləri), revmatoid xəstəlikləri, xoralı kolit, sarkoidoz.

Uveitin əlamətləri

Əgər bu xəstəlik gözün ön hissəsində yaranırsa, uveitin əlamətləri gözdə qızarma, bulanıq görmə, göz ətrafı ağrı, işığa qarşı hiperhəssaslıq, uçan cisimlərdir. Əgər uveit əsasən gözün arxa hissəsində yaranarsa, ən yayılmış əlamət bulanıq görmədir. Əgər uveit göz mərkəzində yaranarsa, görmə qabiliyyətinin birdən-birə zəifləməsi, toxumalara dəyən zədə nəticəsində görmə qabiliyyətinin itməsi bu xəstəliyin əlamətlərindəndir. Mərkəzi nahiyədən kənar yaranan uveitin əsas əlamətləri sırasına

  • gözün qızarması,
  • gözlərin sulanması,
  • işığa qarşı həssaslıq və qamaşma,
  • ləkəli və ya bulanıq görmə, görmə qabiliyyətinin ağır itməsi
  • ani işıq saçmaları,
  • göz almasında ağrı daxildir.

Uveit növlər

  • Ön uveit
  • Orta uveit
  • Arxa uveit

Behçet Xəstəliyi Nədir?

İlk dəfə 1937-ci ildə Türk dermatoloqu tibb elmləri doktoru, professor Hulusi Behçet tərəfindən müəyyən edilmiş Behçet xəstəliyi, ağız boşluğu və cinsiyyət orqanlarında xoracıqlarla və göz iltihabı ilə müşayiət olunan xroniki xəstəliyə deyilir. Behçet xəstəliyi müəyyən coğrafi genişliklərdə, yəni İpək yolunda, Türkiyədə, Aralıq dənizi ölklərində, İsraildə və Yaponiyada daha tez rast gəlinir.

Qeyd etdiyimiz mühüm əlamətlərdən başqa, bu xəstəlik, müxtəlif orqanlara, o cümlədən əsas damarlara, mərkəzi sinir sisteminə (beyinə), oynaqlara, dəriyə, həzm sisteminə və ağ ciyərlərə mənfi təsir göstərir.

Behçet xəstəliyin səbəbləri

Behçet xəstəliyin səbəbləri dəqiq bilinmir. İmmun sistemi zəifləyir, damarların iltihabı başlayır. Lakin bu mexanizmə təkan verən amil məlum deyil.  Burada genetikanın, əvvəl keçirilmiş xəstəliklərin və ətraf mühit amillərinin rolu bəllidir, lakin hansısa bir səbəbi başlıca olaraq göstərmək olmur.

Behçet xəstəliyinin müalicəsi

Behçet xəstəliyinin müalicəsinin məqsədi şikayətləri yüngülləşdirmək, korluğun qarşısını almaqdır. İstifadə edilən dərman vasitələri və müalicənin davamlılığı xəstənin vəziyyətindən asılıdır. Bəzi hallarda bir neçə dərmanlardan istifadə edilir. Müasir dövrdə Behçet xəstəliyindən əziyyət çəkən insanların 80%-də görmə qabiliyyətini təmin etmək mümkündür. 

SÜRƏTLİ GÖRÜŞ