365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

OKULOPLASTİKA VƏ ORBİTAL CƏRRAHİYYƏ

OKULOPLASTİKA VƏ ORBİTAL CƏRRAHİYYƏ

Okuloplastika və orbital cərrahiyyə göz qapaqları, göz yaşı kanalları və orbital xəstəlikləri müalicə edən oftalmologiya sahəsidir. Göz torbaların alınması, göz protezləri, göz daxili şiş cərrahiyyəsi, botoks, müalicə və plastik cərrahiyyənin bütün növləri okuloplastika və orbital cərrahiyyəyə daxildir.

Göz qapaqları digər bədən toxumaları ilə müqayisədə daha həssasdır. Buraya göz qapaqlarını açan və qapadan əzələlər, piy toxumaları, göz yaşı kanalları, dəri və köməkçi toxumalar daxildir. Okuloplastika və orbital cərrahiyyədə göz sağlamlığını təmin etmək üçün qayğı göstərilməlidir. Cərrahi müdaxilələrdə sağlam toxumalara toxunmamaq, yalnız lazım olan sahələrdə çalışmaq əhəmiyyət kəsb edir. Çox vacibdir ki, əməliyyatı göz qapağı anatomiyasını, plastik cərrahiyyə prinsiplərini bilən, okuloplastika cərrahiyyə sahəsində hazırlığı olan və geniş kliniki təcrübəyə malik olan oftalmoloq aparsın.

SÜRƏTLİ GÖRÜŞ