365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

GENEL GÖZ MÜAYİNƏSİ

Bizim 5 hissiyət orqanlarımızın arasında gözlər, dünyanın gözəlliklərini bizə göstərən, bizi həyatla bağlayan, öyrənmə və qavrama qabiliyyətimizin 85%-ni bizə bəxş edən, və beyindən sonra ən mürəkkəb, ən əhəmiyyətli orqanımızdır. Doğulandan ölənə qədər qocalma, genetika, sistem xəstəlikləri və xarici amillər ilə bağlı gözlərimizə təhlükəli olan bir çox xəstəliklər mövcuddur. Sağlam və xoşbəxt həyat üçün mütəmadi olaraq hərtərəfli göz müayinəsindən keçmək lazımdır. Bütün göz xəstəliklərinin uğurlu müalicəsi üçün əsas şərt erkən diaqnozdur. Dəqiq diaqnoz isə, yüksək texnologiyaların köməyi ilə hərtərəfli müayinə ilə mümkündür. Gözlə bağlı hət hansı bir şikayət olmasa belə mümkün riskləri aşkarlamaq üçün ekspertlər uşaqlarda 1, 3 və 5 yaşında, böyüklərdə isə ildə bir dəfə göz müayinəsini tövsiyə edirlər.

Hərtərəfli göz müayinəsi, göz xəstəliklərindən başqa şəkər, beyin şişi və AIDS kimi bir çox həyat üçün təhlükəli xəstəlikləri erkən mərhələdə diaqnozuna kömək edir. Bu pozğunluqlar ciddi problemlərə çevrilmədən müalicə oluna bilər.

  • Şəkər xəstəliyi
  • Beyin şişləri
  • AIDS
  • MS
  • Alzaymer xəstəliyi
  • Qan xəstəlikləri
  • Ürək xəstəlikləri
  • Metabolizm xəstəlikləri
  • Parkinson xəstəliyi

GÖZ MÜAYİNƏSİNİN MƏRHƏLƏLƏRİ

Oftalmoloji müayinənin mərhələləri 

Tam oftalmoloji müayinə ən azı 30 dəqiqə davam edir. Göz damcılarının köməyi ilə göz dibi mütləq müayinə olmalıdır.

Görmə itiliyi testi

Xırda hissələri görə bilmə qabiliyyətimiz getdikcə kiçilən rəqəmlərlə ölçülür.

Refraksiya testi

Refraksiya xətaları sayəsində aydın görmə qabiliyyətinin itməsi bizi eynək taxmağa vadar edir.

Göz qapaqlarının müayinəsi

Göz qapaqlarının vəziyyəti, göz yaşı yolları, göz yaşı ifrazat sistemi və göz ətrafı sahələr yoxlanılır.

Göz hərəkətinin müayinəsi

Daxili göz əzələləri göz bəbəyinin hərəkətini idarə edir. Xarici göz əzələləri gözlərin paralelliyini təmin edir. Göz əzələlərin vəziyyəti çəpgözlük və diplopiya müayinələri ərzində yoxlanılır.

Göz daxili təzyiqin ölçülməsi

Göz daxili təzyiq avtomatlaşdırılmış və ya əl rejimində ölçülür. Bu ölçmələr qlaukomanın erkən diaqnozu üçün çox vacibdir.

Biomikroskopik müayinə

Xüsusi qurğuların köməyi ilə buynuz qişası, qüzehli qişa, büllur və tor qişası ətraflı müayinə edilir.

Göz dibinin müayinəsi

Bu müayinə göz bəbəyinin göz damcılarla durulaşması yolu ilə aparılır, tor qişanın ayrılması, qlaukoma, beyin şişləri və digər xəstəliklər kimi bir çox halların əlamətlərini aşkar edir.

TEZ-TEZ VERİLƏN SUALLAR

1- ​Lazer əməliyyatı ilə gözlərimi korrektə edə bilərəm mi? Əməliyyatdan sonra dioptriya yenə dəyişə bilərmi? 

Lazer əməliyyatının məqsədi eynəyi çıxartmaq, əvvəlki görmə qabiliyyətini qaytarmaqdır. 0,5 və daha aşağı dioptriyalı görmə qabiliyyətinə malik olanların cərrahi əməliyyatı uğurlu hesab edilir, onla eynəyi tərk edirlər. Əgər lazer əməliyyatı dioptriyanın qalxdığı zaman aparılarsa, əməliyyatdan sonra eynəyin təkrar taxılması tələb oluna bilər.  Bu səbəbdən dioptriyanın ən azı 1 il ərzində sabit qalması gərəkdir. Lazer əməliyyatından sonra miopiyadan əziyyət çəkənlərin 95%-ı, hiperopiyadan əziyyət çəkənlərin 70%-ı bir daha eynək taxmır.

2- Lazer əməliyyatından keçən insan katarakt əməliyyatı ola bilər mi?

Lazer əməliyyatı, gələcəkdə ola bilən hər hansı bir göz müalicəsinin (katarakt daxil olmaqla) qarşısını almır, ona səbəb də olmur.

3- Lazer növləri nədən asılı olaraq dəyişir?  Mənə yararlı olan lazer növləri haqqında necə məlumat ala bilərəm?

Lazer əməliyyat növü insanın göz quruluşundan və onun görmə qabiliyyətinin dioptriyasından asılıdır. Lazer əməliyyatından əvvəl keçirilən müayinələr nəticəsində bu əməliyyata yararlı hesab edilən kəslər, göz quruluşlarına ən münasib olduğu, yüksək uğurluluq nəticələri təmin edən lazer müalicə növü ilə müalicə edilir.

4- Lazer əməliyyatı nə qədər çəkir?

Lazer əməliyyatı qısa müddət ərzində, təxminən 5-10 dəqiqə çəkir.

5- Lazer əməliyyatı zamanı qanaxmalar olur mu?

Lazer əməliyyatı gözün buynuz qişasında, yəni qan damarları olmayan orqanda keçirildiyinə görə bu əməliyyat qansız keçir. Lazer əməliyyatı yerli anesteziyanın (göz damcıları) təsiri altında keçdiyinə görə ağrısız əməliyyatdır. 

6- Lazer əməliyyatından sonra ağrılar olur mu?

İntraleyz LASİK və LASİK əməliyyatlarındakı kimi, ilk mərhələdə buynuz qişasında qapaqcıq yaranması ilə müşayiət olunan lazer əməliyyatından sonra 6 saata qədər müddət ərzində xəstə müəyyən ağrı, sancı, gözdə sulanma hiss edə bilər.  LASEK və PRK əməliyyatlarındakı kimi göz səthinin ayrılması ilə müşayiət olunan lazer əməliyyatından sonra 2-3 gün ərzində xəstə ağrı hiss edə bilər. Bu ağrıları azaltmaq üçün lazer əməliyyatından sonra gözdə qoruyucu kontakt linzaları yerləşdirilə bilər.

7- Mənim dioptriyam aşağıdır, mən lazer əməliyyatına gedə bilərəm mi?

Eynək ehtiyacını hiss edən və eynəkdən istifadə etmək istəməyən hər kəs dioptriyadan asılı olmayaraq göz quruluşu buna icazə verirsə, lazer əməliyyatı oluna bilər.

8- Astiqmatizm lazer ilə müalicə olunmur, bu, belədir mi?

Miopiya, hiperopiya ilə yanaşı lazer əməliyyatı astiqmatizmi də müalicə edir.

9- Müalicədən sonra nəyə biz diqqət yetirməliyik?

  • ​​Əməliyyatdan sonra gözlər sarğılanmır.
  • Həkimin yazdığı göz damcıları dəqiqliklə və həkimin göstərdiyi tərzdə qəbul edilməlidir.
  • Əməliyyatdan sonra 24 saat ərzində gözə toxunmamaq və duş qəbul etməmək vacibdir.
  • Əməliyyatdan 24 saat sonra siz artıq normal həyat tərzinə qayıda bilərsiz.
  • Əməliyyatdan sonra bir neçə saat ərzində gözdə ola bilən yüngül sancı və sulanmanı normal qəbul edin.
  • Əməliyyatdan sonra mütəmadi yoxlamalar üçün həkim yanına gəlmək lazımdır.

10- Xəstələr nə vaxt normal həyat tərzinə qayıdırlar

Xəstələr əməliyyatın ertəsi günü normal həyat tərzinə qayıdırlar. Dərmanlarınızı həkimin tövsiyə etdiyi şəkildə qəbul etməniz əməliyyatın özü qədər vacibdir.  Günəş şüalarının narahatlıq verməsini nəzərə alaraq, günəş eynəyinin taxılmasını tövsiyə edirik.  Gəzmək, velosiped sürmək, aerobika ilə məşğul olmaq kimi bütün idman və sosial fəaliyyətlərdə iştirak edə bilərsiniz.  Təyyarə ilə uça bilərsiniz. Lakin infeksiyadan qorunmaq üçün təxminən 20 gün ərzində dənizə və ya hovuza girmək qadağandır.  İstədiyiniz halda birinci aydan sonra kosmetik məqsədli rəngli linzalardan istifadə edə bilərsiniz.

11- İnsan iki dəfə lazer əməliyyatında keçə bilər mi?

Lazer əməliyyatının məqsədi dioptriya qiymətini + / - 0,50 səviyyəsinə salmaqdır. Dioptriya qiymətindən asılı olaraq buna 90-95%-dən çox uğurluluq dərəcəsi ilə nail olmaq olur. Əgər ilk əməliyyatdan sonra ən azı 6 ay ərzində gözünüzün dioptriya qiyməti sabit qalarsa, bütün müayinə və analizlər təkrar keçirilir.

Buynuz qişanın qalınlığının və dioptriya qiymətinin ikinci lazer əməliyyatında uyğun olub olmadığını paximetr, orbskan və topolazerlə təyin edirlər. Əgər uyğundursa, ilk əməliyyatda əmələ gətirilən qapaqcıq yenidən açılır və ikinci lazer əməliyyatı aparılır. Müalicənin bu şəkildə təkrarlanmasına heç bir maneə yoxdur. 

SÜRƏTLİ GÖRÜŞ