365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

UŞAQLARIN GÖZ SAĞLAMLIĞI HAQQINDA

Həyatın erkən mərhələlərində bir çox mühüm göz xəstəlikləri yaranır. Yalnız dəqiq müayinə və düzgün müalicə uğurlu nəticələr verə bilər.

0-16 yaşlı uşaq və yeniyetmələrin gözlərini qorumaq üçün onlar,

  • 1 yaşında,
  • məktəbə getməzdən əvvəl,    
  • məktəbdə oxuyan zaman mütəmadi olaraq müayinədən keçməlidilər.

Lakin aşağıdakı əlamətlərdən hər hansı biri meydana çıxarsa, dərhal üşaq göz xəstəlikləri sahəsində ixtisaslşamış həkimə (pediatrik oftalmoloqa) müraciət etmək vacibdir. 

  • Çəplik (strabismus)
  • Ardınca getmək qabiliyyətinin itməsi
  • Gözlərdə qızartı və ya gözlərin sulanması
  • Gözlərin titrəməsi
  • Çəpgözlük və ya gözün qapanması
  • Adətən qara olan göz bəbəyinin ağ ləkələri və ya bulanıq rəngi
  • Daima əşyalara yaxından baxmaq
  • Başı bir tərəfə əyib seyr etmək
  • Tez-tez gözləri ovuşdurmaq
  • Vaxtından əvvəl doğuş
  • Nəsildə tənbəl göz müayinəsi
  • Nəsildə göz xəstəlikləri

UŞAQ GÖZ XƏSTƏLİKLƏRİ

Göz ifrazatı və qızartısı

Doğulan gündən ilk 15 gün ərzində körpənin gözlərində ifrazat və qızartı müşahidə oluna bilər. Belə hallarda ifrazatın başlanğıc günü, onun rəngi və təbiəti vacibdir. Müalicəni oftalmoloq başlamalıdır. 1-2 aydan sonra baş verən qızartı və ifrazat üçün xüsusi müalicə tələb olunmaya da bilər. Əgər bu hal 1-2 gün davam edirsə, göz damcıları lazım ola bilər.

Göz qızartısı bəzən buynuz qişa ilə bağlı ola bilər. Əgər körpə gözünü qısır və ya onun gözü sulanırsa, oftalmoloqa müraciət etmək lazımdır.

Digər uşaq göz xəstəlikləri

  • Refraksiya xətaları
  • Göz qapağı xəstəlikləri
  • Katarakt
  • Buynuz qişa xəstəlikləri
  • Qlaukoma
  • Travma
  • Tor qişa və göz sinir xəstəlikləri

Retrolental Fibroplaziya (ROP)

Retrolental fibroplaziya, vaxtından tez doğulan körpələrə təsir edən ən vacib göz sağlamalığı problemlərindən biridir. Körpə gözlərinin damarları doğuşadək inkişaf edir. Vaxtından əvvəl doğulan körpələrdə bu inkişaf bitmədiyinə görə doğulduqdan sonra da davam edir. Vaxtından əvvəl doğulan körpələri yaşatmaq üçün yüksək konsentrasiyalı oksigen, gözdəki damarların anormal inkişafına səbəb ola bilər. 

PEDİATRİK ANESTEZİYA

Anesteziya tələb olunan zaman onu, pediatrik anesteziya sahəsində ixtisaslaşmış anestezioloq aparır. Anesteziya steril əməliyyat otağı şəraitində pediatrik xəstələr üçün əməliyyat masalarına fərdi, birdəfəlik tibbi ləvazimat ilə verilir.

TEZ-TEZ VERİLƏN SUALLAR

1- Uşaqlarda ən çox yayılan görmə problemi hansıdır?

Uşaqlarda ən çox yayılan göz xəstəlikləri göz tənbəlliyi, çəpgözlük, miopiya, hiperopiya, astiqmatizmdır.

2- Latent çəpgözlük nəyə deyilir?

Latent çəpgözlük, yalnız gözlərin birini qapadıb digərində çəpgözlüyün müşahidə olunmasına deyilir.

3- Çəpgözlük göz tənbəlliyi ilə nəticələnə bilərmi?

Birtərəfli daima gözün qaçması göz tənbəlliyi ilə nəticələnir.

4- Çəpgözlüyün müalicəsinin yaş həddi varmı?

Yoxdur. Çəpgözlük istənilən yaşda müalicə olunur.

5- Körpələri nə vaxt göz müayinəsinə gətirimək olar?

Vaxtından əvvəl doğulan körpələrin göz müayinəsi artıq doğumdan sonra 4-6 həftələrdə aparılmalıdır. Digər körpələrin göz müayinəsi 1 yaşında aparılır.

SÜRƏTLİ GÖRÜŞ